Logo - Official Visa Application Center
Official Visa Application center

CAPAGO XİDMƏTLƏRİ İLƏ TANIŞ OLUN


Bu bölmədə, sizin müraciətinizin mümkün qədər xoş və asan keçməsi üçün Capago tərəfindən təqdim edilən xidmət növləri haqqında daha ətraflı məlumat əldə edəcəksiniz.

Capago international si̇zi̇n üçün nə edi̇r? Daha ətrafli

Capago International Bakıda Fransanın yeganə rəsmi viza müraciəti mərkəzidir. Bu mərkəzdə bütün şəxslər Şengen vizası üçün müraciətlərini edə bilərlər. Viza müraciət proseslərinin qısa təsvirini aşağıdan əldə edə bilərsiniz.

 

 

 

 

 

1

Fransa üçün vizaya ehtiyacınız varsa, aşağıdakıları etməlisiniz:

1. Fransaya getmək üçün vizaya ehtiyacınızın olub-olmadığını müəyyən etmək üçün Fransa-Viza rəsmi veb saytına daxil olun;

2. Fransa-Viza veb saytında öz hesabınızı yaradın, Schengen ərizə formasını doldurun və müraciətiniz üçün tələb edilən sənədləri hazırlayın *;

3. Sənədlərinizi təhvil vermək üçün Bakıdakı ofisimizdən görüş götürün.

 

 

* Bəzi hallarda, ərizəniz ilə yanaşı bəzi əlavə sənədlərin təqdim edilməsi tələb oluna bilər. Aşağıdakılardan ehtiyac duyduğunuz Sizin üçün ehtiyac ola biləcək, Capagoya aid xüsusi formaların siyahısını aşağıdan əldə edə bilərsiniz:

2

Görüş gününüz zamanı:

1. Viza üzrə mütəxəssis müraciətinizi yoxlacaq və əmin olacaq ki, zəruri olan sənədlərin hamısı qaydasındadır;;

2. Müraciətiniz üçün tələb edilən rüsumlar alınacaq;

3. Biometrik məlumatlarınız götürüləcək (şəkil və barmaq izləri);

4. Capago bütün sənədlərinizi Fransa Konsulluğuna yoxlanılması üçün təqdim edəcək.

Nəzərinizə çatdırmaq istəyirik ki, Fransa Konsulluğu vizanın alnması üçün müraciətinizin təsdiq olunması hüququnu özündə saxlayır. Tamamlanmamış sənədlər toplusu vizanın alınmaması ilə nəticələnə bilər. Buna görə də, görüş günü bütün sənədlərinizin hazır olmasından əmin olun. Xahiş olunur tələb olunan sənədlər siyahısında qeyd olunan bütün sənədləri sıra ardıcıllığı ilə yığasınız. Bu, sənədlərinizi viza üzrə mütəxəssisə təqdim edərkən sizə vaxt qazandıracaq.

Capago-nun əlavə xi̇dmətləri̇ hansilardir? Daha ətrafli

1

Əlavə xidmətlər

Viza üçün müraciət etdiyiniz zamanı “Capago”şirkəti müraciətinizin həyata keçirildiyi müddətdə sizə sıra əlavə xidmətlər təklif edir. Bu xidmətlərin qiyməti məzənnəyə görə hesablanmayıb.

VIP zal : 80 AZN
Bizim VIP zalımız viza üçün müraciət prosesinizi daha rahat və stressiz etmək üçün yaradılmışdır. Viza müraciətinin edilməsi zamanı fərdi viza agenti ilə təmin olacaqsınız. Siz aşağıdakılardan yararlanacaqsınız :

  • Qəzet və jurnalların, sərin içkilərin geniş seçimi ilə dolu xüsusi məkan
  • Fərdi biometrik kabinlər
  • Viza müraciətiniz zamanı xüsusi ayrılmış viza üzrə mütəxəssis
  • VIP zalda pulsuz WiFi
  • Pulsuz ID fotoşəkil
  • Pulsuz surət çıxarma

Pasportun çatdırılması :
Mən istərdim ki, pasportum səhər saat 8-dən axşam 6-ya kimi seçdiyim ünvana göndərilsin. (çatdırılma yalnız əl-bə-əl olacaq). Bakı şəhəri daxilində 15 AZN və ya Bakı ətrafı (50km qədər) 30 AZN. Əlavə məlumat üçün bizimlə əlaqə saxlayın.

ID fotoşəkil : 11 AZN
Capaqo şirkəti Biometrik texnologiyadan istifadə edərək, keyfiyyətli parlaq kağız üzərində Şengen Tələbləri və Beynəlxalq Mülki Aviasiya Təşkilatı Standarlarına 100% cavab verən fotoşəkil ilə təmin edir.

Viza ərizəsinin SMS vasitəsilə izlənməsi : Pulsuz
Siz ərizənizin hər gedişatı barədə SMS bildiriş qəbul edəcəksiniz.

Surət çıxarma : 3 AZN
10 nüxsəyə qədər. Siz viza müraciət mərkəzimizdə sənədin surətini çıxara və çap edə bilərsiniz.

2

Ödəmə növləri

Görüş günü ödənişi təsdiq edən sənəd sənədlərinizin siyahısına əlavə edilməlidir.

Ödənişi həyata keçirilməmiş heç bir müraciət Konsulluğa göndərilməyəcək. Aşağıdakı qayda üzrə ödənişləri edə bilərsiniz:

  • Kredit kartı yaxud debet (American express və Diners qəbul edilmir)